“Ukraynanın 2024-cü ildə alacağı ilk F-16 qırıcıları cəbhədə həlledici rol oynamayacaq”.
Ednews xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski bildirib.
“Bu il F-16-lar Ukraynaya göndəriləcək. Birinci hissədə göndərilən qırıcılar əsas rol oynamayacaq. Biz hər şeyə ədalətli və anlayışla yanaşmalıyıq. Bu qırıcılar cəbhədə həlledici rol oynamayacaq, çünki onların sayı kifayət etməyəcək.
Ancaq bunlar ilk addımlardır. Sonkı F-16-lardan isə nə isə gözləmək olar”, - deyə Ukrayna lideri bildirib.
Qeyd edək ki, Qərbin tədarük edəcəyi ilk F-16 qırıcıları iyun-iyul aylarında Ukraynaya təhvil veriləcək.