Rusiya Müdafiə Nazirliyi Suriyanın Rakka şəhərinin Əl-Hader qəsəbəsinin azad edilməsi əməliyyatının görüntülərini yayıb.
Yayımlanan videoda Rusiyaya məxsus helikopter və snayperlərin İŞİD hədəflərinin necə məhv etməsi əks olunub.
Əməliyyat 12 avqust gecəsi Deyr əz-Zor şəhərindən 120 km məsafədə həyata keçirilib.
Suriyalı general Süheyl Həsənin başçılıq etdiyi desant dəstələri İŞİD-in müdafiə xəttinin arxa hissəsinə əməliyyat təşkil edərək terrorçulara aid qərargahları və anbarları, o cümlədən 2 tank və 3 avtomobili məhv edib.
Nəticədə ordu itki vermədən təxminən 60 kv kilomterlik ərazini, 3 yaşayış mənqətəsini və 2 neft yatağını ələ keçirib.(axar.az)