Türkiyə Silahlı Qüvvələrinin tabeliyində olan sərhəd qoşunları YPG terror təçkilatının Afrin bölgəsindəki mövqelərini atəşə tutub.
Bölgənin Türkiyənin Suriya sərhədlərinə göndərdiyi reaktiv yaylım atəş sistemi və uzaqdan hədəf ala bilən toplarla vurulduğu bildirilib. Top səsləri hücumun gerçəkləşdiyi Kilis şəhərində də eşidilib. Afrin çölləri ilə yanaşı, Marenez bölgəsindəki YPG mövqeləri də çox sayda atəşə məruz qalıb.
TSK ilə parallel olaraq Azad Suriya Ordusu (ASO) da YPG-nin yerləşdiyi bölgəyə qurudan zərbələr endirməyə başlayıb. Hücum nəticəsində Azez çöllərində ASO ilə YPG arasında qarşıdurma yaşanıb. (Publika.az)