Ukrayna Prezidenti Volodimir Zelenski bəzi kateqoriyaya aid məhbusların Ukrayna Silahlı Qüvvələri sıralarına səfərbər edilməsinə icazə verən qanunu imzalayıb.
Ednews xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının rəsmi saytında yerləşdirilib.
Qanuna görə, ağır cinayətlərdə, xüsusilə qəsdən adam öldürmə, zorlama, cinsi zorakılıqda təqsirli bilinən şəxslər eyni zamanda milli təhlükəsizlik əsaslarına qarşı cinayətlərə görə cəza alanlar səfərbər oluna bilməzlər.
Xatırladaq ki, Ali Rada mayın 8-də sözügedən qanun layihəsini ikinci oxunuşda qəbul edib.