YPG barədə Türkiyəyə verdiyimiz sözlərin hələ də arxasındayıq.
Bu barədə “CNN Türk”ə yüksəkçinli ABŞ rəsmisi danışıb.
“Türk xalqının narahatlıq və qəzəbini anlayırıq. ABŞ əvvəldən YPG ilə hərbi əməkdaşlığın taktiki və müvəqqəti olduğunu vurğulayıb. İŞİD məğlubiyyətə uğradıqdan sonra YPG ilə hərbi əməkdaşlıq və ya PYD ilə siyasi bir münasibət qurmaq kimi bir planımız yoxdur. İnsanların bu məsələdə şübhəli olmalarını anlayırıq, ancaq nəticəni görəcəklər. Bizim müttəfiqimiz Türkiyədir”, - ABŞ rəsmisi bildirib.
ABŞ rəsmisi həmçinin Menbiç barədə Türkiyə ilə ABŞ-ın gələcəkdə birlikdə qərar verəcəyini açıqlayıb.(axar.az)