"NATO ABŞ və onun müttəfiqləri tərəfindən Suriyaya raket zərbələri endirməsini dəstəkləyir".
Bu haqda NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Mən ABŞ, Böyük Britaniya və Fransanın Suriya üzrə addımlarını dəstəkləyirəm”, - baş katibin adından yayılmış bəyanatda deyilir.
O qeyd edib ki, raket zərbələri Suriya xalqına qarşı kimyəvi silahın tətbiqiylə yeni hücumların həyata keçirilməsi imkanlarını azaldacaq:
“NATO kimyəvi silahın tətbiqinə beynəlxalq sülhə və təhlükəsizliyə təhdid kimi baxır. Bu, beynəlxalq cəmiyyət tərəfindən kollektiv və effektiv cavab tələb edir”, - Stoltenberq vurğulayıb.