“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA

Dünya 16:10 26.04.2024

“Postsovet ölkələri arasında sanksiyaların mövcud olduğu bir neçə ölkə var. Ümumilikdə 3 belə ölkə var: Rusiya, Belarus və Azərbaycan. Azərbaycan da Rusiya kimi, bu sanksiya rejiminin öhdəsindən tamamilə uğurla gəlir. İndi baş verənlərin ölkənizin taleyi üçün heç bir əsas əhəmiyyəti yoxdur və olmayacaq da”.

Bu fikirləri rus politoloq Oleq Kuznetsov Ednews-a açıqlaması zamanı qeyd edib.

O, daha sonra bildirib ki, Azərbaycanın müasir dünyada tutduğu yeri göstərmək yox, Avropa siyasətçilərinin onun dünya nizamını dərk etməsi əsasında tutmasını istədikləri yeri göstərmək üçün səy göstərir:

“Azərbaycan Avropa üçün Barak Obamanın vaxtilə Rusiya haqqında dediyi kimi, çirkli benzin nasosudur. Niyə? Çünki karbohidrogen mənbəyi kimi görülür. Hamı yaxşı bilir ki, Azərbaycan neftinin son istehlakçısı İsraildir. Azərbaycan təbii qazının son istehlakçısı isə İtaliyadır. Elə oldu ki, ölkəniz digər ölkələr ilə məhz belə iqtisadi və digər münasibətlər qurdu. Eyni zamanda, Avropada karbohidrogenlərinizin istehlakçı dairəsinin kifayət qədər məhdud və lokal olduğunu aydın şəkildə başa düşürlər”.

Politoloq bildirib ki, Qərb ölkələrə öz siyasətlərinə qərəzli gələn Macarıstana da eyni cür münasibət bəsləyirlər:

“Azərbaycanın dünya bazarında mövcud olma imkanları aydın-aşkar olduğundan, bu prinsipial məsələdə onunla iqtisadi cəhətdən bağlı olmayan ölkələr Azərbaycana qarşı siyasi təzyiq istifadə edərək hər cür hərəkət edə bilərlər. Bunun bariz nümunəsi Macarıstanın mövqeyi ola bilər. Macarlar kiminlə əlaqədə olduqlarını və kiminlə dost olduqlarını yaxşı başa düşürlər, buna görə də bir çox mövzularda, məsələn, Ukrayna ətrafındakı münaqişə çərçivəsində, öz mövqelərini tuturlar. Yəni, Macarlar, məsələn, Rusiyaya qarşı sanksiyaların tətbiqi zamanı onlara qoşulmalarına baxmayaraq, hərbi yardım və Ukraynanın NATO-ya və ya AB-yə qəbul edilməsi ilə bağlı çox prinsipial və sərt mövqe tuturlar, eyni zamanda macarlar bütün Avropa məsələlərində Azərbaycanla da bağlı çox sərt mövqeyə malikdirlər. Elə oldu ki, İlham Əliyevin prezidentliyinin ilk günlərindən Macarıstanın Baş naziri Viktor Orbanla iki ölkə arasında xüsusi münasibətlərin qurulması barədə razılığa gələ bildi. Buna görə də hər kəs yaxşı başa düşür ki, Azərbaycanın Avropada öz dostları var və buna görə də Avropa İttifaqının Azərbaycana qarşı, Rusiyaya qarşı olduğu kimi də, hansısa konsolidasiya edilmiş sanksiyalar haqqında söhbətlər, əlbəttə ki, müəyyən növ Avropa siyasətçiləri və avro-bürokratların bu məsələdə özlərinə siyasi "hype" yaratmaq, özlərinə səs və nüfuz qazanmaq cəhdindən başqa bir şey deyildir”. 

Politoloq düşünür ki, Azərbaycan, Serbiya, Macarıstam Qərb üçün yad ölkələrdir:

“Bu payızda Avropada seçkilər olacaq və buna görə də onlar "həm öz, həm də yadların" (bütün yollara əl ataraq) sayəsində buna nail olmaq istəyirlər və belə çıxır ki, indi Avropa siyasətçilərinin gözündə Azərbaycan, Macarıstan, Rusiya, Serbiya, Türkiyə "yad" kateqoriyasına aiddilər. Buna görə də, rəsmi Bakının indi kimlərlə münasibət qurduğuna baxsaq, o elə ölkələrlə münasibətlər qurur ki, hansıları London, Brüssel və Paris, yəni köhnə, anti-sovet Avropasının gözündə etibarsızdırlar. Budur ki, Avropa Birliyinin ən ənənəvi mərkəzləri, əlbəttə ki, öz mövqelərinə sahibdirlər. Və beləliklə, buna əsaslanaraq, indi qarşıdurmanı, konflikti gücləndirmək, gələcək seçkilər ərəfəsində siyasi karyera qurmaq istəyənlər Bakıya qarşı bəyanat verirlər. Və düşünürəm ki, bu mövzu haqqında belə düşünmək lazımdır”. 

Xəyal Ramiz

"ASALA" terror təşkilatının üzvü delimitasiya etirazlarına qoşulub - VIDEO

Xəbər xətti

Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
22:50 06.05.2024
Bakı metrosunda sərnişin müdaxilə etdi, nasazlıq yarandı
22:35 06.05.2024
UEFA-dan Halil Umut Melerə növbəti TƏYİNAT
22:14 06.05.2024
Laçında müntəzəm marşrut xətləri açılıb
21:55 06.05.2024
HƏMAS İsraillə danışıqları dayandırıb
21:28 06.05.2024
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib
21:10 06.05.2024
Rusiya XİN Qərbə xəbərdarlıq edib
21:00 06.05.2024
Prezident İlham Əliyev Moskvada Qələbə Paradında İŞTİRAK ETMƏYƏCƏK
20:40 06.05.2024
Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq genişləndiriləcək
20:31 06.05.2024
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrini AÇIQLADI
20:20 06.05.2024
ABŞ-nin Azərbaycandakı səfiri Füzulidə məktəbə baş çəkib
20:10 06.05.2024
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamenti master-klass keçib
20:00 06.05.2024
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:50 06.05.2024
İsrail ordusu Rəfahı ələ keçirib
19:47 06.05.2024
Xəzərdə dalğanın hündürlüyü 3,4 metrə çatıb - FAKTİKİ HAVA
19:35 06.05.2024
Mirzoyan: “Azərbaycanla bir çox məsələlər artıq razılaşdırılıb”
19:30 06.05.2024
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
19:19 06.05.2024
Azərbaycanla Özbəkistan arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq memorandumu imzalanıb
19:12 06.05.2024
Goranboyda inzibati binadan oğurluq edən mühafizəçi SAXLANILDI
19:00 06.05.2024
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
18:49 06.05.2024
Fransa XİN: Ukraynaya hərbçi göndərilməyib
18:37 06.05.2024
Putin mayın 8-də Paşinyanla görüşəcək
18:28 06.05.2024
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər
18:19 06.05.2024
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:06 06.05.2024
Fransa Ukraynaya qoşun göndərməsi xəbərini TƏKZİB ETDİ
Fransa Ukraynaya qoşun göndərməsi xəbərini TƏKZİB ETDİ
17:55 06.05.2024
DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var
17:44 06.05.2024
Bakı dünyanın "İdman Paytaxtı” seçildi
17:38 06.05.2024
Konstantin Kosaçev: Bakının mövqeyi hörmət doğurmaya bilməz...
Konstantin Kosaçev: Bakının mövqeyi hörmət doğurmaya bilməz...
17:33 06.05.2024
Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanacaq
17:31 06.05.2024
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik”
17:16 06.05.2024
Slovakiyanın Baş naziri Robert Fiko Azərbaycana gəlir
17:08 06.05.2024
Fransa səfiri də Rusiya XİN-ə ÇAĞIRILDI
Fransa səfiri də Rusiya XİN-ə ÇAĞIRILDI
16:53 06.05.2024
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
16:42 06.05.2024
Bu dərman vasitəsinin bütün seriyaları geri ÇAĞIRILDI
16:26 06.05.2024
Terrorçu erməni keşiş revanşistlərə qoşulub - VİDEO
Terrorçu erməni keşiş revanşistlərə qoşulub - VİDEO
16:15 06.05.2024
Azərbaycan xalq artisti  Kral III Çarlzla görüşüb
Azərbaycan xalq artisti Kral III Çarlzla görüşüb
16:12 06.05.2024
Bu gün "İnsan Alverinə Qarşı Mübarizə" günüdür
Bu gün "İnsan Alverinə Qarşı Mübarizə" günüdür
16:08 06.05.2024
Hansı halda moped sürücüləri cəzalandırılacaq? - RƏSMİ AÇIQLAMA
16:00 06.05.2024
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir
15:52 06.05.2024
Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək? - Ərəb Ekspertin Şərhində
15:47 06.05.2024
Hamısı