2018-ci ilin yay çağırışı ərzində Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin dəstəyi ilə səhhətində problemi olan Ermənistan ordusunun 1 hərbi qulluqçusu vaxtından əvvəl hərbi xidmətdən təxris edilib, 1 hərbi qulluqçu hərbi xidmətə yararsız hesab olunub, 2 hərbi qulluqçu müvəqqəti olaraq hərbi xidmətə yararsız hesab edilib, 2 hərbi qulluqçu isə 5 ay müddətinə möhlət hüququ əldə edib.
Eurasia Diary xəbər verir ki, bu barədə məlumat Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisindən yayılıb.
Qeyd olunur ki, onlardan 3 nəfərə qarşı hərbi xidmətdən yayınma əsası ilə cinayət işi qaldırılıb. Lakin hər 3 nəfər səhhəti ilə bağlı aparılan müayinələrdən narazı olublar.