Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən seçki komissiyası yaxınlığında partlayış baş verib.
“Reuters” xəbər verir ki, partlayış baş verən zaman ərazidə çox sayda insan olub.
Partlayış nəticəsində azı bir polis zabiti həlak olub, biri isə yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır.