Taliban terror qruplaşması Əfqanıstan hökumətinin “Qurban bayramı atəşkəsi” çağırışından sonra Qunduz şəhərində 3 sərnişin avtobusunu saxladaraq 100-dən çox dinc sakini əsir götürüb.
Qunduz bələdiyyəsinin nümayəndəsi Əstamollah Muradi sərnişinlərin aparıldığı yerin məlum olmadığını bildirib.
Əfqan mediası isə əsirlərin sayının 170-dən çox olduğunu iddia edib.
Qeyd edək ki, Əfqanıstan lideri Əşrəf Qani ötən həftənin bazar ertəsindən etibarən Talibana atəşkəs çağırışı etmiş, lakin qruplaşma bunu cavabsız qoymuşdu.