Taliban Qurban bayramı münasibətilə girovda saxladığı yüzlərlə vətəndaşı azadlığa buraxacaq.
Bu barədə "TOLO Nyus" televiziyası məlumat yayıb.
Qeyd edək ki, bu gün Əfqanıstan Prezidenti Əşrəf Qəni Qurban bayramından dolayı Talibanla 3 aylıq müvəqqəti atəşkəsin elan edilməsini istəyib.
Qruplaşma hələlik dövlət başçısının bu bəyanatına cavab verməyib.
***
Taliban terror qruplaşması girov saxladığı 29 nəfəri azadlığa buraxıb.
Təşkilatın bu addımı Qurban bayramı münasibətilə atdığı bildirilib.