PKK terror təşkilatının Suriyadakı silahlı qolu olan YPG qruplaşması Rakka əyalətinin Təl Əbyad rayonunda ələ keçirilən İŞİD terrorçularını pul qarşılığında sərbəst buraxıb.
"Anadolu" agentliyi xəbər verir ki, Suriyanın Rakka bölgəsinə nəzarət edən kürdlərin YPG silahlı qruplaşması aldıqları pul əvəzində ələ keçirdiyi 40 nəfər İŞİD-çini azad buraxmaq barədə terrorçularla razılığa gəliblər. Sərbəxt qalan İŞİD terrorçularının hara yola düşdükləri bilinmir.
Qeyd edək ki, bundan əvvəl YPG Türkiyənin Suriyada həyata keçirdiyi “Zeytun budağı” anti-terror əməliyyatlarında türk qoşunlarına qarşı vuruşmaq şərti ilə Afrin həbsxanalarındakı İŞİD-çiləri də sərbəst buraxmışdı. Kürdlər hazırda Suriya ərazisinin 28 faizinə nəzarət edirlər.