Türkiyə Silahlı qüvvələri Hatay vilayəti və Şimali İraqın Gara bölgəsində hücum hazırlığında olan 15 terrorçunu hava əməliyyatı ilə məhv edib.
"Anadolu” agentliyi xəbər verir ki, bu haqda Türkiyə Silahlı qüvvələrinin Baş qərargahından bildirilib.
Məlumata görə, terrorçulardan 6-sı Hatayda, 9-u isə İraqın şimalında öldürülüb.