Suriya ordusu İŞİD terror təşkilatının mövqelərinə hücumlarını davam etdirir.
Döyüşlərlə bağlı görüntüləri “Al-Masdar News” yayıb.
Hökumət qüvvələri İŞİD-in nəzarətində olan Əs-Suvayd bölgəsinin şərqinə doğru iki kilometr məsafədə irəliləyiblər.
Hərbi mənbələrin məlumatına görə, burada qruplaşmanın dəstələri mövcuddur.
Döyüşlər zamanı 30-a yaxın silahlı məhv edilib. Hərbçilər çox sayda silah-sursat ələ keçiriblər. Məlumatlara görə, İŞİD-in iki terrorçusu hökumət qüvvələrinə təslim olub.