Əsəd ordusu ilə PKK arasında döyüşlər başladı | Eurasia Diary - ednews.net

18 Avqust,


Əsəd ordusu ilə PKK arasında döyüşlər başladı

Münaqişələr A- A A+

Bu gün səhər saatlarında Suriyada Bəşər Əsəd ordusu ilə YPG/PKK terrorçuları arasında silahlı toqquşmalar başlanıb.

Toqquşma Haseke şəhərinin Kamışlı bölgəsində baş verib.

Silahlı toqquşmada Əsəd ordusunun 7 əsgərinin öldüyü, terrorçular arasında yaralananların olduğu deyilir.

Yerli mənbələr toqquşmanın Əsəd ordusunun Kamışlıda gəncləri həbs etməsindən sonra başladığını deyir.

Qeyd edək ki, Əsəd rejimi ilə YPG Haseke şəhərini birlikdə idarə edir. Kamışlı bölgəsində Əsəd ordusuna məxsus hərbi aerodrom və birlik yerləşir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...