2017-ci ildə Əfqanıstanda 3 min uşaq yaralanıb və həlak olub, bu mülki şəxslərin ölümlərinin 1/3-nü təşkil edir.
Eurasia Diary “Aljazeera”ya istinadən xəbər verir ki, şənbə günü 4-ü qardaş olmaqla 8 uşaq partlamamış mərmi ilə oynayarkan həlak olub. Bundan əlavə, cümə günü isə 6 uşaq partlayış nəticəsində yaralanıb. Onların ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ölən uşaqlar 5-12 yaşlarında olub.
“Onlar partlamamış mərmi tapdılar və bizim evin yaxınlığına gətirdilər”, - deyə əmiləri Şükrullah söyləyib.
“Onlar bunun nə olduğunu bilmirdilər və açanda partlayış baş verdi”.
Rəsmilər bu hücumda Talibanı ittiham edirlər.