İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər

Siyasət 10:45 09.05.2024

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 79 il ötür.

Ednews xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz edilib.

Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman ehtiramla anılıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları “xalqımızın qızıl fondu” adlandırıb. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir. Azərbaycan Prezidentinin 2024-cü il 2 may tarixli Sərəncamı ilə 1941-1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 2000 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1000 manat məbləğində birdəfəlik maddi yardım verilib.

Bütün bunlar bir daha sübut edir ki, müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir.

Azərbaycan xalqı artıq dördüncü ildir ki, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalət nəhayət Zəfər çaldı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Paris Şuşada təslim oldu

Xəbər xətti

"Lion"İkinci liqaya göndərildi
08:10 25.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
07:35 25.06.2025
Qeyri-rəsmi nikahda əmlak bölgüsü necə olur?
07:00 25.06.2025
“İranın nüvə silahı olmayacaq”
06:30 25.06.2025
"Fənərbaxça" iki ulduz futbolçunu transfer etmək istəyir
06:00 25.06.2025
Haaqa Sammitində son dövrlərin ən böyük silahlanma proqramı qəbul oluna bilər
05:32 25.06.2025
“WhatsApp”ın ödəniş sisteminə keçdiyi elan edildi
05:30 25.06.2025
Qarpız mövsümü gəldi
05:00 25.06.2025
"ABŞ İrana uranı zənginləşdirməyə icazə verməyəcək"
04:56 25.06.2025
Bu bürclər varlanacaq
04:30 25.06.2025
Türkiyə və Qətər XİN-ləri regiondakı vəziiyyəti müzakirə etdilər
04:00 25.06.2025
Azərbaycan stendi Peruda beynəlxalq sərgidə maraqla qarşılanıb
03:36 25.06.2025
" İran nüvə proqramından əl çəkməyəcək"
03:03 25.06.2025
Yüksək Təzyiqi olanlara kömək edən göyərti məlum oldu
02:45 25.06.2025
"Avropa Birliyi ölkələri Türkiyə ilə əməkdaşlıq etməlidir"
02:23 25.06.2025
Klublararası dünya çempionatı: "Benfika" və "Bavariya" növbəti mərhələdə
02:01 25.06.2025
"300 min manat kredit borcum var"
01:58 25.06.2025
Ərdoğan və Tramp arasında görüş baş tutdu
01:54 25.06.2025
Zelenski və Makron görüşdü
01:41 25.06.2025
Sovet dövrünün adamları niyə çox yaşayırlar?
01:39 25.06.2025
Paris Şuşada təslim oldu
01:23 25.06.2025
Tramp Nobel Sülh Mükafatına namizəd göstərildi
01:10 25.06.2025
İsrail dronları İranın Rəşt şəhərinin ətrafına hücum edib
01:03 25.06.2025
"İsrail məqsədlərinə nail ola bilmədi"
00:55 25.06.2025
Erməni deputatın Rusiyaya girişi qadağan edildi
00:40 25.06.2025
Ceyranbatanda KÜÇƏ İTİ nənə və nəvəyə hücum edib
00:25 25.06.2025
" İran Silahlı Qüvvələri əhəmiyyətli taktiki potensialı saxlayır"
00:16 25.06.2025
Tramp NATO baş katibinin şəxsi mesajını sosial şəbəkədə paylaşdı
00:10 25.06.2025
Üç min avtomobillə dolu gəmi Sakit okeanda batdı
23:55 24.06.2025
"İsrail və İran arasındakı atəşkəs razılaşması qüvvədədir"
23:40 24.06.2025
Donald Trampa impiçment elan oluna bilər
23:25 24.06.2025
"Serbiyanı heç kim düşünmür"
23:10 24.06.2025
"İrana qarşı kampaniya bitməyib"
22:55 24.06.2025
Dövlət xidmətləri sadələşdiriləcək
22:40 24.06.2025
Neymar "Santos"da qalır
22:25 24.06.2025
Azərbaycan-İran sərhədində radiasiya artımı var?
22:10 24.06.2025
Yeni unikal qan qrupu kəşf edildi
21:55 24.06.2025
"Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq"
21:49 24.06.2025
Sertifikasiya imtahanlarında 5 945 müəllim iştirak edib
21:34 24.06.2025
Mahir Emreli Almaniya klubunda 10 nömrəli formanı geyinəcək
21:19 24.06.2025
Hamısı