Şri-Lankada daha bir partlayış - Kilsə yaxınlığında | Eurasia Diary - ednews.net

24 May, Cümə


Şri-Lankada daha bir partlayış - Kilsə yaxınlığında

Münaqişələr A- A A+

Şri-Lankanın paytaxtı Kolomboda yenidən partlayış baş verib.

Eurasia Diary məlumatına görə, partlayış kilsənin yaxınlığındakı yük maşınına yerləşdirilmiş partlayıcı qurğu zərərsizləşdirilərkən baş verib. Partlayış nəticəsində xəsarət alanlar barədə hələ məlumat yoxdur.

Qeyd edilir ki, həmin kilsə ötən gün partlayış baş vermiş kilsədir.

Xatırladaq ki, ötən gün Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib.

Partlayışlar nəticəsində ölənlərin sayı 262-ə çatır.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...