Hindistanda məktəb yandı - 19 ölü | Eurasia Diary - ednews.net

18 İyun, Çərşənbə axşamı


Hindistanda məktəb yandı - 19 ölü

Münaqişələr A- A A+

Hindistanın qərbində yerləşən Surat şəhərində yerli məkəb binasında baş verən yanğın nəticəsində azı 19 nəfər həlak olub.

Bu haqda BBC yerli rəsmilərə istinadən məlumat verir.

Hadisə şahidləri binadan qatı tüstünün qalxdığını və içəridə olan bəzi şagirdlərin yanğından qurtulmaq üçün pəncərədən özlərini aşağı atdığını bildirir.

Qurbanların çoxu məktəbin hazırlıq mərkəzində oxuyan yeniyetmələrdir.

Yanğının səbəbi hələ məlum deyil. Rəsmilərin dediyinə görə, binanın mərtəbələrində dam örtüyü tezalışan materialdan olduğundan alov sürətlə yayılıb.

Bundan başqa, azı 20 nəfərin müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı və Qucarat xəstəxanalarına təxliyə olunduğu bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...