İrandan qəti mövqe - "Müharibəyə hazırıq" | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


İrandan qəti mövqe - "Müharibəyə hazırıq"

Münaqişələr A- A A+

"İran ABŞ ilə müharibəyə hazırdır. Lakin bu ölkə ilə danışıqlarda da maraqlıdır".

Eurasia Diary xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Abbas İraqçı Qətərdə jurnalistlərə açıqlamasında deyib.

A.İraqçının sözlərinə görə, İran hər iki ssenariyə və hər bir prosesə tam şəkildə hazırdır:

“Danışıqlara başlamağa ümid edirik. Bilirik ki, Birləşmiş Ştatları İranla müharibəyə təhrik edən şəxslər var”.

İraqçı bildirib ki, Tehran Vaşinqtonun region üçün ən böyük tarixi yanlışlığa yol verməyəcəyinə ümid edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...