Əfqanıstanda Ramazan bayramı namazı zamanı məscidin qapısında partlayış törədilib.
“Anadolu” xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Bağlan əyalətinin Nahreyin rayonunda qeydə alınıb.
Bildirilib ki, hadisə sakinlər məsciddən çıxan zaman baş verib. Nəticədəb 2 nəfər ölüb,12 nəfər yaralanıb.
Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib. (Report)