İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurub.
Trend-in "Press TV"yə istinadən verdiyi məlumata görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, ABŞ-a məxsus "Global Hawk" pilotsuz uçuş aparatı İranın hava sərhədlərini pozduqdan sonra İİKK-nin Hərbi Hava Qüvvələri tərəfindən Hormozqan əyalətində vurulub.