Əfqanıstanın Qəzni şəhərində baş vermiş partlayış nəticəsində ən az 12 nəfər həlak olub, 179 nəfər xəsarət alıb.
Eurasia Diary-nin Trend-ə istinadən məlumatına görə, bu barədə "TOLO news" telekanalı xəbər verib.
Qeyd edək ki, öncə 12 nəfər ölən və 43 nəfər xəsarət alan barədə məlumat verilib.
***
Əfqanıstanın Qəzni vilayətinin eyni adlı inzibati mərkəzində baş verən partlayış nəticəsində 12 nəfər həlak olub, 43 nəfər xəsarət alıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Pacvok xəbər agentliyinin “Twitter”dəki səhifəsində məlumat verilib.
Agentliyin məlumatına görə, hadisə Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin vilayət bölməsinin binası qarşısında avtomobilin partladılması nəticəsində baş verib. Həlak olanların 8-nin təhlükəsizlik qüvvələrinin əməkdaşı, 4-nün isə mülki şəxslər olduğu bildirilib. Xəsarət alanların əksəriyyəti isə məktəblilərdir.
Bölgədəki terrorçu qruplaşmalardan heç biri hələ ki məsuliyyəti öz üzərinə götürməyib.