Türkiyədə PKK-çılar iki çobanı qaçıraraq öldürüblər | Eurasia Diary - ednews.net

16 İyul, Çərşənbə axşamı


Türkiyədə PKK-çılar iki çobanı qaçıraraq öldürüblər

Münaqişələr A- A A+

Türkiyədə iki çoban PKK terrorçuları tərəfindən öldürülüb.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, insident Şırnak əyalətində baş verib.

Axşam saatlarında Şırnakın Keçidboyu kəndinin Herbuş yaylağında heyvanlarını otaran Abdulhakim Demir və Vali Çevik adlı çobanlar terrorçular tərəfindən qaçırılıb. Daha sonra həmin iki çobanın odlu silahla qətlə yetirilmiş meyitləri aşkar olunub.

Terrorçuların ələ keçirilməsi istiqamətində bölgədə əməliyyata başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...