Türkiyə sərhədlərində iyulun 17-19 tarixlərində keçirilən anti-terror əməliyyatları nəticəsində 34 terrorçu zərərsizləşdirilib.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSK) terrorçuların baza olaraq istifadə etdiyi bölgələrdə həyata keçirdiyi hava əməliyyatları davam etdirilir.