"Zanqakatun yaşayış məntəqəsindən bir az o tərəfdə yerləşən döyüş mövqelərində atışma olsa da, bu atışmalar hər zamankı kimi azdır".
Eurasia Diary erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbəti zamanı Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan bildirib.
Onun sözlərinə görə, sərhəddə gərginlik böyük deyil və vəziyyət nisbətən sakitdir.
"Mən dünən Vayots Dzor vilayətinin Xaçik və Areni kəndlərində olmuşam, orada vəziyyət nisbətən sakit idi. Atışma isə demək olar ki, yox idi. Zanqakatun yaşayış məntəqəsindən bir az o tərəfdə yerləşən döyüş mövqelərində atışma olsa da, bu atışmalar hər zamankı kimi azdır. Yelpin kəndi istiqamətindəki atışmalar da əsasən sərhəddə aparılan mühəndis işləri ilə əlaqədardır", - deyə Balayan qeyd edib. (ordu.az)