İsrail Baş nazirinin çıxışı zamanı Qəzza zolağından raket atılıb | Eurasia Diary - ednews.net

15 Oktyabr, Çərşənbə axşamı


İsrail Baş nazirinin çıxışı zamanı Qəzza zolağından raket atılıb

Münaqişələr A- A A+

Çərşənbə axşamı günü İsrailin Aşkelon və Aşdod şəhərlərinə Qəzza zolağından beş raket atılıb.

Eurasia Diary TASS-a istinadla xəbər verir ki, onlardan ikisi “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

"The Times of Israel" nəşrinin məlumatına görə, raket atəşi səbəbindən Parlament seçkiləri (sentyabrın 17-nə təyin edilib) öncəsi Aşdod şəhərində təşviqat nitqi söyləyən İsrail Baş naziri Benyamin Netanyahunun çıxışı kəsilib. 

Xəbəri ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiqləyib. 

Raket atəşi nəticəsində heç bir tələfatın olmadığı bildirilib. (APA)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...