Türkiyə ordusunun əməliyyatından son görüntülər - VİDEO - FOTOLAR | Eurasia Diary - ednews.net

17 Noyabr,


Türkiyə ordusunun əməliyyatından son görüntülər - VİDEO - FOTOLAR

Münaqişələr A- A A+

Dünən Bakı vaxtı 17:00-dan etibarən Suriyada PKK/YPG terrorçularına qarşı antiterror əməliyyatına start verən Türkiyə ordusu 30 km məsafədə irəliləyib.

Eurasia Diary xəbər verir ki, terrorçuların sığınacaqları öncə raket və top zərbələri, həmçinin hava atışları ilə məhv edilib.

Axşam saatlarında isə qurudan əməliyyatlara start verilib. 

Tel-Əbyad, Rəs-əl-Ayn və Zormağar bölgələrinə 4 istiqamətdən hücum təşkil edilib. Ümumilikdə 181 hədəf vurulub.

Terrorçular isə cavab olaraq Türkiyənin Mardin şəhərinin Nusaybin rayonuna 9 raket mərmisi atılıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Əhaliyə çölə çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.

Hazırda Türkiyə ordusu Fərat çayından şərqə doğru irəliləməkdə davam edir. Məlumata görə, əməliyyatda 40 min türk, 20 min suriyalı əsgər birlikdə hərəkət edir. Ehtiyac olduğu təqdirdə əlavə qüvvələrin də dəstək üçün göndəriləcəyi bildirilib.(baku.ws)

 

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...