Türkiyəyə edilən hava hücumunun görüntüləri əldə olunub.
Eurasia Diary haberler-ə istinadla xəbər verir ki, PKK nümayəndələri tərəfindən Suriyadan Türkiyəyə atılan raket Mardin vilayətinin Nusaybin mahalına düşüb.
Hadisə nəticəsində 8 mülki vətəndaş həlak olub, 35 nəfər yaralanıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb. "Sülh bulağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilmiş PKK / PYD-YPG terrorçularının sayı 653-ə çatıb. (Milli.Az)