Türkiyə Silahlı Qüvvələri və Milli İstehbarat Təşkilatı İraqın şimalında birgə əməliyyat keçiriblər.
Əməliyyat nəticəsində adı “qırmızı” kateqoriyalı axtarış siyahısında olan PKK terrorçusu zərərsizləşdirilib.
Öldürülən PKK terrorçusunun Metina bölgəsində qruplaşmaya rəhbərlik edən Müsluh İke olduğu bildirilib. M.İkenin Türkiyənin hərbi hissələrinə hücumların təşkilatçısı olduğu, eləcə də ölkə ərazisində terror aktları planlaşdırdığı deyilir.
Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında “Pəncə” antiterror əməliyyatının davam etdiyini bildirib.
Türkiyə məşhur terrorçunun məhvedilmə anının görüntülərini də yayıb.(Virtualaz.org)