Qeyri-qanuni silah-sursat aşkar olundu! - DSX tərəfindən | Eurasia Diary - ednews.net

5 Dekabr, Cümə axşamı


Qeyri-qanuni silah-sursat aşkar olundu! - DSX tərəfindən

Münaqişələr A- A A+

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mü­hafizəsi və dövlət sərhədində rejim qaydalarına riayət olun­ması üzrə həyata keçirilmiş əməliy­yat-axtarış və qoşun tədbirləri nəticəsində sərhədboyu ərazilərdə gizlədilmiş odlu silahlar aşkar olunub.

Bu barədə Eurasia Diary DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib. 

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağs­tafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən “Qarayazı” Dövlət Meşə qoruğunda kolların arasında gizlədilən 1 ədəd 20 mm-lik ov tüfəngi, ona məxsus 9 ədəd patron və “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Oğuz rayo­nunun Fil-filli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Qalaçay çayının sahilində qaya daşlarının altında giz­lədilən istifadəyə yararlı 1 ədəd 1960-cı il istehsalı olan “TOZ-8” markalı yivli silah aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...