Əfqanıstanın paytaxtı Kabildə BMT-yə məxsus avtomobil partladılıb.
Eurasia Diary-nin yerli KİV-ə istinadən məlumatına görə, Əfqanıstan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Nəsrət Rəhimi bildirib ki, partlayış nəticəsində 1 xarici vətəndaş həlak olub, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yerli xəstəxanaya yerləşdiriliblər.
Partlayışa görə məsuliyyəti heç bir silahlı qruplaşma üzərinə götürməyib.(virtualaz.org)