Rəsulaynda törədilən terror aktı nəticəsində 2 mülki şəxs həlak olub, 10-dan çox adam yaralanıb.
Eurasia Diary-ə Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə Suriyanın Rəsulayn şəhərində PKK/YPG terror təşkilatı terror aktı törədib. Hadisə nəticəsində 2 mülki şəxs həlak olub, 10 nəfər yaralanıb.
Qeyd edək ki, terror aktı minalanmış nəqliyyat vasitəsi ilə törədilmişdir.