"Western Armenia" adlı kanalda Türkiyənin bir neçə şəhəri Ermənistan torpağı kimi təqdim edilib.
Eurasia Diary musavat.com-a istinadən xəbər verir ki, kanalın aparıcısı "Qərbi Ermənistan" ifadəsi ilə skandala səbəb olub.
O, Türkiyənin Iğdır, Van, Rize, Trabzon ve Bitlis şəhərlərinin Ermənistanın ərazisi olduğunu bildirib. Türkiyənin keçmiş millət vəkili Sinan Oğan bu xəbərə qəzəblənərək sərt cavab verib.
Sinan Oğan ermənilərin yaydığı xəbərə görə bu cür cavab verib:
" Ac toyuq yuxusunda darı görər. Deyəsən, Qarabağı işğal edib gözünü Iğdıra dikən andraniklər qulaqlarının necə kəsildiyini tez unudublar".
Kanal bu xəbəri yaymaqla kifayətlənməyib. Onlar Bitlis, Muş, Van, Mardin, Adana, Trabzon və Rize kimi şəhərləri də hava haqqında xəbərlərdə Ermənistan ərazsisi kimi göstəriblər.