Onlar ölmüş oğullarının işinin ədalətli istintaqını tələb edirlər.
Eurasia Diary "tert.am"-a istinadən xəbər verir ki, son vaxtlar Ermənistan ordusunda naməlum səbəblərdən əsgər ölümlərinin sayı artıb. Ölən hərbçilərin valideynləri Ermənistan Parlamentinin və Hərbi Prokukrorluğunun qarşısında kütləvi şəkildə, mütəmadi aksiyalar keçirməyə başlayıblar. Son aksiya isə bu gün hökümət evi qarşısında keçirilib. Aksiya iştirakçıları Ermənistanın Müdafiə Naziri David Tonoyanı məsuliyyətsizlikdə və əsgər ölümlərinin gizlədilməsində günahlandırıblar.
“Ohanyan gəlirdi, ən azından kədərlənirdi, bilmirəm yalandan edirdi ya yox, amma edirdi, Tonoyanın üzünü isə hələ görməmişik. Qoy, Müdafiə Nazirliyi əllərini yaxşılaşdırmasın ki, onlar istintaq orqanı deyillər, onlar hər şeydən çox yaxşı xəbərdardırlar”, - deyə valideynlərdən biri bildirib.