“Bu il Müdafiə Nazirliyi 80-dən çox silah müqaviləsi imzalayıb”.
Eurasia Diary teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri baş qərargah rəisi general Artak Davtyan keçirdiyi mətbuat konfransında deyib.
Rusiyadan alınan “SU-30 SM” qırıcılarının tədarükünə gəldikdə, Davtyan açıqlama verməkdən çəkinib və Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışını gözləməyi təklif edib: “Bir-iki gün gözləyin. Baş nazir bu mövzuda bir açıqlama verəcək”.
Ermənistanın müdafiə naziri David Tonoyan bundan əvvəl bildirmişdi ki, Rusiyadan alınan qırıcıların tədarükünə bu ilin sonundan başlanılacaq. Lakin “SU-30 SM”-lərin təhvil verilməsinin gecikdirilməsi Ermənistanda müzakirə mövzusuna çevrilib.