"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO

Müsahibələr 15:45 07.05.2024

"Nikol Paşinyan, deyəsən, sülh yolu ilə gedir, çünki biz bilirik ki, Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan Ermənistanı təşfiq etmək üçün başqa üsullar tapacaq, ümid edirik ki, bu üsullara ehtiyac olmayacaq. Sülhə gedən yol qaçılmazdır, sülh yolu ilə nizamlanma olacaq və Azərbaycan öz ədalətli tələblərini təmin edəcək".

Bu sözləri Ednews TV-yə müsahibəsi zamanı rus politoloq Aleksey Naumov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da keçiriləcək Almatı görüşünü şərhində söyləyib. Onun fikirlərinə görə, Qazaxıstanda keçirilən görüş mühüm xarakter daşıyır, lakin böyük bir irəliləyiş gözləmək lazım deyil:

"Qazaxıstan bir çox cəhətdən Azərbaycan və Ermənistana bərabər olan böyük ölkədir və müvafiq olaraq, biz başa düşürük ki, bu, güc balanssızlığını aradan qaldırır. Bu da öz növbəsində bir növ ahəng yaradır. Digər məsələ isə, Azərbaycan-Ermənistan prosesinin özüdür. Fakt budur ki, indi biz bu prosesin bir qədər donduğunu görürük. Sözsüz Ermənistan cəmiyyəti yeni reallıqlarla, Yer kürəsində yaranmış yeni vəziyyətlə barışmağa tam hazır deyil. Amma biz görürük ki, Nikol Paşinyan Ermənistanın azsaylı adekvat siyasi liderlərindən, xalq arasında həmişə populyar olmayan, lakin sülh prosesi üçün zəruri olan addımlar atmağa hazır olan şəxs olaraq qalmaqdadır. Xatırladaq ki, Nikol Paşinyan Azərbaycanın dörd eksklav kəndini Bakıya qayarmaq qərarına gəldi. Bu da delimitasiya və demarkasiya prosesinə başlamağa və ümumiyyətlə, prosesi ölü nöqtədən çıxarmağa imkan verdi. Lakin Nikol Paşinyan bu gün Ermənistanın lideri kimi nəinki Azərbaycana qarşı çıxır, o, hələ də kifayət qədər döyüşkəndir, həm də öz xalq fikrinə qarşıdır. Onun sülh yolu ilə tənzimləmə cəhdlərinə qarşı etirazların necə olduğunu görürük.

Şəxsən gözləmirəm ki, sabah “Bəli, Zəngizur dəhlizini açıb Azərbaycana veririk” deyə ifadə səslənəcək. Bu, baş verməyəcək və ona görə də Nikol Paşinyan məcburdur ki, bir tərəfdən Azərbaycanın tələbləri arasında tarazlıq qursun, digər tərəfdən isə xalqın tələbləri arasında balanslaşdırsın. Amma aydındır ki, sülh yolu ilə həll qaçılmazdır və bu məsələdə Azərbaycanın ədalətli tələbləri yenə də öz təsirini göstərəcək. Nə vaxt? İndi yox, çünki Nikol Paşinyan sülh prosesinə doğru çox cəld hərəkət edərsə, çox güman ki, o, devriləcək və bu, tez bir zamanda sülh nizamlanmasına ümidləri böyük ölçüdə dəfn edəcək. Ona görə də təbii ki, Qazaxıstandakı görüş vacibdir, Qazaxıstandakı görüş zəruridir, lakin mən ondan böyük irəliləyiş gözləmirəm. Eyni zamanda sülhə gedən yol qaçılmazdır, sülh yolu ilə nizamlanma olacaq və Azərbaycan öz ədalətli tələblərini təmin edəcək. Amma düşünmürəm ki, bu, Ermənistandakı daxili siyasi vəziyyətə görə çox qısa müddətdə baş verəcək. Əsas odur ki, Nikol Paşinyan, deyəsən, sülh yolu ilə gedir, çünki biz bilirik ki, Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan Ermənistanı inandırmaq üçün başqa üsullar tapacaq, ümid edirik ki, bu üsullara ehtiyac olmayacaq". 

Ətraflı video-süjetdə izləyə bilərsiniz:

Əkbər Novruz


Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı
23:02 25.06.2025
Ter-Petrosyan II Qareginlə birləşdi
22:47 25.06.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulub
22:32 25.06.2025
Qan ağlayan Məryəm Ana heykəli saxta çıxdı
22:17 25.06.2025
“Qızlarınıza bədəni ilə yox, ağılları ilə var olmağı öyrədin” Təhsildən yayınma və erkən nikahlar
22:02 25.06.2025
Yer kürəsində həyat spirtdən yaranıb?
21:47 25.06.2025
Tovuzda qidadan zəhərlənənlərin sayı 28-ə çatıb
21:31 25.06.2025
“Kontakt Home” barədə rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırıla bilər
21:16 25.06.2025
İranın müdafiə naziri Çinə səfər edib
20:47 25.06.2025
İsrail zərbələri nəticəsində ölənlərin sayı 627-yə çatıb
20:31 25.06.2025
NASA-nın köhnə peyki qəfil "canlandı"
20:16 25.06.2025
Hamısı