Ağlamaqla Xocalı qayıtmayacaq...

Münaqişələr 09:56 26.02.2020

Xocalı faciəsindən 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Erməni terrorçu qruplaşmaları Xocalı şəhərinə hücum etdi. İnsan qanı içən Erməni quldurları bir gecə içində 613-dən çox dinc Azərbaycan Türkünü vəhşicəsinə qətlə yetirdi.

Həmin gecə Bakıda valideynlərimiz, dostlarımız və yaxınlarımız rahat yatarkən Xocalıda qadınlarımız, uşaqlarımız və qocalarımız göz yaşları içində boğulurdular. Qadınlar və uşaqlar daxil olmaqla, dinc insanlar qəddar şəkildə öldürüldü, dərisi soyuldu və yandırıldı. Meyitlər üzərində insanlığa yaraşmayan işgəncələr edilirdi. Xocalı şəhəri od-alova büründü.  Xocalı elə məhv edildi ki, heç izi də qalmadı. Xocalı meyitlərə bürünmüş bir məmləkət oldu. Hərdən fikirləşirəm ki, görəsən, Bakıda həmin gecə rahat yatan şəxslər Xocalıda həmvətənlərimizin bar-bağırtısını eşidib ora qaçardılarmı?  Bəlkə də hə! Xocalı qırğını içimizdə sağalmaz və unudulmaz yara kimi qalıb və qalacaq.  Xocalı insanlıq əlehinə qarşı törədilmiş ən dəhşətli cinayət kimi tarixə yazıldı və bu yazı heç vaxt silinməyəcək. 

Bu yazını yazmaqda məqsədim Xocalı qətliamı üçün ağlamaq deyil. Çünki ağlamaq  nə yaranı sağaldır, nə də ki, nə də itirilənləri geri qaytarır.

Qeyd etmək lazımdır ki, 1992-ci ildən bəri Xocalı şəhidləri üçün ağlayaraq göz yaşı tökürük. Hər il fevralın 26-da yasa bürünürük. Daha çox göz yaşı tökmək üçün mənasız, məntiqsiz və başımızı aşağı salan tamaşalar səhnələşdiririk. Zərrə qədər xeyri olmayan, əksinə daha çox ziyan verən bu tamaşlar teatrlarda, məktəblərdə, uşaq bağçalarında və bir sıra yerlərdə səhnələşdirilir. Fevralın 26-da televizoru açıb, bu səhnələri görəndə adamın əsəbdən lap dili tutulur. Bu səhnələr bizi ağlamağa öyrəşdirməklə başamıza kül yağdırır. Belə səhnələr Xocalı qurbanlarının ruhunu daha da incidir və alçaldır. Erməni qatilləri bizim ağlamağımıza və əcaib şəkildə yasa bürünməyimizə baxıb, zövq alırlar və gülürlər. Ağlamaqla biz özümüzü Xocalının intiqamını almaqdan və Qarabağın azad edilməsindən uzaqlaşdırırıq.

Nəticədə Xocalının və Qarabağın erməniləşdirilməsinə şərait yaradırıq. 

Digər acınacaqlı vəziyyət isə fevralın 26-dan sonra yasdan çıxıb normal həyata dönürük. Dünən Xocalı üçün ağlayan, göz yaşı tökən və elegiyadan başqa bir məna kəsb etməyən tamaşalar səhnələşdirən və bu səhnələrdə çıxış edən insanlar hər şeyi unudurlar. Elə bil ki, 26 fevralı Aşuranın gününə salırıq. 

20 ildən çoxdur ki, Xocalı soyqırımını dünyanın diqqətinə çatdırmaq üçün əlimizdən gələni edirik. Xocalı faciəsi barədə müxtəlif məqalələr və kitablar yazırıq. Dünya mediasında Xocalı qətliamını əks etdirən şəkillər və videolar paylaşırıq. Dünyanın müxtəlif ölkələrində Xocalı qətliamı ilə bağlı tədbirlər keçirdirik və sərgilər qururuq. Hətta bir sıra ölkələrin parlamentində  Xocalını soyqırım kimi tanıtdırmağa nail olmuşuq.  Lakin kitab yazmaq, məqalə dərc eləmək, sərgilər təşkil etmək və digər tədbirlər keçirmək nə qədər əhəmiyyətli olsa da, bu Qarabağın işğaldan azad edilməsi üçün kifayət etmir. Ona görə ki, erməni işğalçıları bizim məqalələrimizdən və kitablarımızdan qorxmur. Onsuz da ermənilər də Qarabağla bağlı kifayət qədər  öz kitablarını və məqalələrini dərc ediblər. Hətta ABŞ-ın səkkiz ştatı qondarma Dağlıq Qarabağın müstəqilliyyini tanıyır. Bu ölkəmiz üçün heç də xoş bir hal deyil. 

O zaman tək bir seçim yolu qalır - o da müharibədir! Biz yalnız bu  yolla torpaqlarımızı erməni işğalçılardan azad edə bilərik! Torpaqlarımızı işğaldan azad etdikdən sonra Xocalıda həmvətənlərimizi vəhşigəsinə qıran və insanlıq əlehinə misli görünməmiş qırğın törədən erməni qəsbkarlarının məhkəməsini keçirməklə layiqli cəzasını verə bilərik!  

Lakin  reallıq budur ki,  torpaqlarımız hələ də işğaq altındadır və ən təəssüf doğuran budur ki, erməni qəsbkarları bizim torpaqlarımızda əl-qolunu sallayaraq, sərbəst və azad şəkildə həyatlarını sürdürürlər. 

Yuxarıda qeyd etdiyim kimi Xocalı qurbanları üçün ağlamaq və yasa bürünmək nə yaramızı sağaldacaq, nə də şəhidlərimizin ruhunu sakitləşdirəcək. Xocalı və Qarabağ şəhidlərimizin inqtiqamını almaq üçün yalnız silah yolu ilə torpaqlarımız azad etməkdən keçir. Bununla da həmvətənlərimizi qana bulayan erməni qəsbkarlarının məhkəməsini özümüz keçirdə və layiqli cəzasını verə bilərik.   

Televiziyada gedən verlişlərdə və çıxışlarda dəfələrlə qeyd olunub ki, Azərbaycan ordusu güclüdür və Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad edəcək. Bunu eşitmək xoşdur. Lakin ordunun gücünü sözdə yox, əməldə göstərmək lazımdır. Bunu görmək üçün məncə də hazırıq.

Bir də ordumuzun gücünü hərbi paradda nümayiş etdirmək erməni işğalçılarını qorxutmur. Ordumuz gücünü paradda yox, düşmən ilə döyüşdə sübut etdirməlidir. 

Yunus ABDULLAYEV

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Hamısı