Ermənistan 4 ədəd batareya atəşini aşkarlayan “Swathi” sistemlərinin alınması üçün Hindistanla 40 milyon dollarlıq müqavilə imzalayıb.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Hindistanın “Timesnow.com” saytı məlumat verib.
Məlumata görə, Hindistan artıq batareya atəşini aşkarlayan radar sistemin Ermənistana çatdırılmasına başlayıb.
Radar sistemini Hindistanın Müdafiə Tədqiqatları və İnkişafları Dövlət Təşkilatı (Defence Research and Development Organisation) hazırlayıb, istehsalçı isə “Bharat Electronics Limited” şirkətidir.
Radar sistemini Hindistanın Müdafiə Tədqiqatları və İnkişafları Dövlət Təşkilatı (Defence Research and Development Organisation) hazırlayıb, istehsalçı isə “Bharat Electronics Limited” şirkətidir.