Türkiyə “Bahar qalxanı” əməliyyatına dəstək məqsədilə Suriyanın İdlib bölgəsinə özüyeriyən artilleriya qurğuları göndərir.
"EDNews" xəbər verir ki, TIR-lar vasitəsilə göndərilən hərbi texnikalar Türkiyənin İslahiyə şəhərinə gətirilib.
Buradan da Suriyanın İdlib şəhərindəki Türkiyə Silahlı Qüvvələrinə aid qərargahlara göndəriləcək.