İdlibdə M4 magistralına birgə nəzarət edən türk-rus patrul xidmətinə hücum edilib.
EDNews xəbər verir ki, İdlibdə Təhrir əl-Şam cihadçı terror təşkilatını dəstəkləyən bir qrup insan M4 magistralında birgə patrul xidməti aparan Rusiya və Türkiyə ordusuna aid avtomobillərin önünü kəsərək, daşqalaq ediblər.
Təxribat nəticəsində patrul xidmətinin fəaliyyəti qısa müddət ərzində dayanıb.
Terrorçular isə türk-rus patrulunun fəaliyyətinə maneçilik törətmək üçün M4 yolu üzərindəki körpünü partladıblar.
Qeyd edək ki, Rusiya və Türkiyə ordusu Moskva zirvəsində əldə edilən razılaşmaya uyğun olaraq martın 15-dən İdlibdə M4 magistralında birgə patrul xidmətinə başlayıblar.(axar.az)