Saakaşvili Ukraynada bu vəzifəyə təyin ediləcək | Eurasia Diary - ednews.net

29 May, Cümə


Saakaşvili Ukraynada bu vəzifəyə təyin ediləcək

Münaqişələr A- A A+
Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinin sədri vəzifəsinə təyin ediləcək.
 
APA-nın xəbərinə görə, bu barədə “Deutche Welle” məlumat yayıb.
 
M. Saakaşvili məlumatı təsdiqləsə də, təyinatın dəqiq vaxtını açıqlamayıb.
 
Qeyd olunub ki, Ukrayna Prezidenti M. Saakaşvilinin səlahiyyətlərini artıracaq və ona Nazirlər Kabinetinin iclasında iştirak hüququ verəcək.
 
Milli İslahat Şurasının İcra Komitəsi katibinin isə Ukrayna Prezidentinin olacağı bildirilib.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...