Düşmən Murovda postlarımızı “ələ keçirib”? - MN-dən açıqlama | Eurasia Diary - ednews.net

10 Avqust, Bazar ertəsi


Düşmən Murovda postlarımızı “ələ keçirib”? - MN-dən açıqlama

Münaqişələr A- A A+

Düşmənin Murov istiqamətində 3 postumuzu ələ keçirməsi və Goranboy rayonu Tapqaraqoyunlu istiqamətində şəhidlərimizin olması haqda yayılan məlumatlar tam əsassızdır və həqiqəti əks etdirmir.

Bu sözləri Axar.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Vaqif Dərgahlı deyib.

O, ictimaiyyəti belə əsassız, yalan məlumatlara inanmamağa çağırıb və hazırda Ordumuzun cəbhə xəttində vəziyyətə nəzarət etdiyini bildirib.

Qeyd edək ki, iki gün əvvəl də sosial şəbəkələrdə cəbhənin Tərtər və Goranboy istiqamətlərində vəziyyətin gərginləşməsi barədə yalan məlumat yayılmışdı.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...