Şəhid olan əsgərlərimizdən birinin görüntüsü yayıldı - FOTO | Eurasia Diary - ednews.net

11 Avqust, Çərşənbə axşamı


Şəhid olan əsgərlərimizdən birinin görüntüsü yayıldı - FOTO

Münaqişələr A- A A+

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

EDNews.net-in əldə etdiyi məlumata görə, şəhid olanlardan biri Sadıqov Vüqar Lətif oğludur. 1987-ci təvəllüdlü V.Sadıqov Ağstafa rayonunun Göycəli kəndində anadan olub. Məlumatı saytımıza açıqlamasında kənd nümayəndəsi Əhmədov Yasin də təsdiqləyib. Şəhid gizirimizin nəşi hələ ki, doğulduğu kəndə gətirilməyib.

Qeyd edək ki, V.Sadıqov ailənin tək oğlu olub. Şəhidimiz ailəli olub, 3 övladı var. (qafqazinfo)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...