ABŞ və Tayvanın hava hücumundan müdafiə sistemi ÇXR-ə məxsus Su-35 qırıcısını vurub. Bu barədə Eurasia Diary EVO-RUS.COM portalına istinadla xəbər verir.
Colonelcassad-ın yaydığı məlumata görə, Çin döyüş təyyarəsi Tayvanın hava sərhədlərini pozub. Təyyarə vurulub, pilot isə katapult etməyi bacarıb.
Bununla yanaşı, pilotun əsir götürüldüyü vurğulanır. Ekspertlərin fikrincə, baş vermiş hadisə gərginliyin artmasına səbəb olacaq.
Tayvan mediasında vurulan Çin təyyarəsinin J-10 qırıcısı olduğunu bildirilib.