Azərbaycan qoşunlarının keçirdiyi uğurlu əks hücum nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər düşməndən azad edilib.
Eurasia Diary-nin məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.
O qeyd edib ki, hazırkı məlumata görə, cəbhənin Füzuli, Cəbrayıl istiqamətində aparılan əməliyyatlar nəticəsində uzun illər işğal altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdülrəhmanlı, Böyük Mərcanlı, Şərvənj, Nüzgar kəndləri işğaldan azad edilib.
Bundan əlavə, Ağdərə rayonu istiqamətində və Murovdağ silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb. Döyüş əməliyyatı davam edir.