Rəsmi Ankaradan Ermənistana qarşı Türkiyə təyyarələri və PUA-larından istifadə olunmasına dair iddialara reaksiya | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə axşamı


Rəsmi Ankaradan Ermənistana qarşı Türkiyə təyyarələri və PUA-larından istifadə olunmasına dair iddialara reaksiya

Münaqişələr A- A A+

“Ermənistan ona qarşı Türkiyə təyyarələri və PUA-larından istifadə olunmasına dair heç bir dəlilə söykənməyən yalan iddialarla çıxış edir”.

Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

“Bu, Ermənistanın qarşısında Türkiyənin olduğu faktını yaratmaqla arxasındakı dəstəyi artırmaq məqsədi güdür və "qara piar"dan başqa bir şey deyil. Həmçinin bu iddialar onları dəstəkləyənlərdən başqa, heç kim tərəfindən ciddiyə alınmayıb. Digər tərəfdən, Azərbaycan Silahlı Qüvvələri təkbaşına qələbə qazanacaq imkan və qabiliyyətə, işğal altındakı torpaqlarını azad edəcək əzm və qətiyyətə sahib olduğunu ötən bir neçə gün ərzində bütün dünyaya göstərib”, - deyə qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...