“Ermənistanın mülki vətəndaşlara, xüsusən də uşaqlara qarşı müharibəsi davam edir”.
Eurasia Diary xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter” hesabında paylaşıb.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan ordusu tərəfindən Tərtər şəhərinə “Smerç” raketi atılıb və hücum nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan evlərinin həyətində həlak olub.