Ötən gün Bərdənin raket atəşinə tutulması nəticəsində yaralananlardan daha biri dünyasını dəyişib | Eurasia Diary - ednews.net

25 Noyabr, Çərşənbə


Ötən gün Bərdənin raket atəşinə tutulması nəticəsində yaralananlardan daha biri dünyasını dəyişib

Münaqişələr A- A A+

Ermənilərin ötən gün Bərdəni raket atəşinə tutması nəticəsində yaralananlardan daha biri dünyasını dəyişib.

Baş Prokurorluqdan Eurasia Diary-ə verilən məlumata görə, təcavüzkar Erməni silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində xəsarət almış daha bir dinc sakin müalicə olunduğu xəstəxanada aldığı xəsarətlər səbəbindən vəfat edib, bununla da 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlər nəticəsində həlak olanların sayı 5-ə çatıb.

Qeyd edək ki, həmin hücum nəticəsində 13 nəfər xəsarət almışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...