UNICEF-in Azərbaycan nümayəndəliyi ANAMA-nın partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə fəaliyyətinə dəstək olub

Münaqişələr 16:37 21.11.2020

Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə mina aksiyasının mühüm tərkib hissələrindən biri olmaqla mina, partlamamış hərbi sursat, müharibənin partlayıcı qalıqları və tərkibində partlayıcı olan qurğuların təhlükəsi olan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasını, onların xəbərdar edilməsini, eyni zamanda, mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərdə inkişaf və yenidənqurma layihələrinin həyata keçirilməsinə təminatı da nəzərdə tutur.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Eurasia Diary-ə bildirilib ki, maarifləndirmə fəaliyyəti 26 rayon və şəhəri əhatə edir. Bura həmçinin işğal olunmuş ərazilərdən məcburi köçkün düşərək cəbhə bölgələrində məskunlaşmış əhali kateqoriyası da daxildir.

2004-2005-ci tədris ilində Təhsil Nazirliyi, ANAMA və UNICEF rəhbərləri arasında anlaşma memorandumu imzalanıb. Bu, maarifləndirmə proqramının orta məktəblərin tədris kursuna inteqrasiyasını nəzərdə tuturdu. Bu günədək 26 rayon və şəhərin 1200 məktəbində 3635 müəllimə 195 təlim keçirilib. Hər il orta məktəblərdə 55 min şagirdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə dərsləri keçirilir. İndiyədək bu dərslər orta məktəblərin 765 min şagirdini əhatə edib.

Maarifləndirmə proqramı çərçivəsində həyata keçirilən bütün fəaliyyətin nəticəsi olaraq, son illərdə minadan və müharibənin partlayıcı qalıqlarından zərərçəkənlərin sayı minimuma enib.

Bu il sentyabrın 27-dən noyabrın 9-dək Qarabağ və ətrafında yaşanan münaqişə genişmiqyaslı müharibəyə səbəb olub və nəticədə bir çox ərazilər partlamamış hərbi sursatlarla çirklənib. Bu da çox sayda mülki əhalinin ölümünə və yaralanmasına səbəb ola bilər.

Sentyabrın 27-dən etibarən agentlik tərəfindən cəbhəboyu ərazilərdə operativ və təxirəsalınmaz əməliyyat çıxışlarını həyata keçirmək məqsədilə çevik mobil əməliyyat qrupları yerləşdirilib və sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydalarını təmin etmək məqsədilə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə mütəxəssisləri rayonlara ezam olunublar.

Ermənistan silahlı qüvvələri tərəfindən davamlı olaraq artilleriya atəşinə məruz qalmış yaşayış məntəqələri və əkin sahələri sursatlarla çirklənmiş ərazilərdir və atəşə tutulan bu ərazilər təhlükəli ərazi hesab olunur.

Bununla əlaqədar agentliyin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə şöbəsinin mütəxəssisləri əhalinin müxtəlif növ hərbi sursatlara qarşı həssaslığını artırmaq, onları mövcud təhlükədən xəbərdar etmək məqsədilə müharibə bölgələrində əhali arasında maarifləndirmə işlərini həyata keçirir. Belə ki, indiyədək minlərlə sakin, o cümlədən uşaq mina təhlükəsinə dair maarifləndirmə proqramı çərçivəsində müxtəlif növ bukletlər və xəbərdaredici təbliğat vasitələri ilə təmin edilib, eyni zamanda, əhalinin daha çox hərəkət etdiyi ictimai yerlərin, ofislərin, hökumət binalarının giriş qapılarına və pəncərələrinə kiçik plakatlar yapışdırılıb.

Maarifləndirmə proqramı çərçivəsində agentliyin fəaliyyətinə ilk dəstək verən UNICEF-in Azərbaycandakı nümayəndəliyi olub. Nümayəndəlik tərəfindən xəbərdaredici və maarifləndirici materiallar, o cümlədən yaşlılar və uşaqlar üçün bukletlər, açıqçalar, bloknotlar, qələmlər, xəbərdaredici və maarifləndirici plakatlar və təhlükəli ərazilərdə quraşdırmaq üçün irihəcmli plakatlar hazırlanaraq agentliyə təqdim edilib. Agentlik isə maarifləndirici materialları mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalmış rayon və kənd sakinləri arasında paylayıb və onlara təhlükəsiz davranış qaydaları və müvafiq tövsiyələri verib.

ANAMA hərbi sursat olma ehtimalı olan ərazilərdə mülki əhali arasında təhlükəsiz davranış qaydalarının təmin edilməsinə dair partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə üzrə məlumatlandırma kampaniyası istiqamətində UNICEF-lə uzunmüddətli əməkdaşlıq fürsətlərini müzakirə etməyə hazırdır.

Nümayəndəlik Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasında agentliyə dəstək olub.

ANAMA sakinləri naməlum əşyalara toxunmamağa, xüsusilə də uşaqları tanımadıqları əşyalara əl vurmamağa və dərhal aidiyyəti üzrə (Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzinə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə, rayon polis şöbələri, eləcə də rayon icra hakimiyyəti orqanlarına) müraciət etməyə çağırır.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı